Aygün Səmədzadə Heydər Əliyev Sarayında konsert verəcək
04 noyabr 2015 14:35 (UTC +04:00)

Aygün Səmədzadə Heydər Əliyev Sarayında konsert verəcək

Əməkdar incəsənət xadimi bəstəkar Aygün Səmədzadənin dekabrın 1-i Heydər Əliyev Sarayında keçiriləcək konsertinin anonsu yayımlanıb. Lent.az-ın məlumatına görə, “Biri varmış, biri yoxmuş” adlı sənət gecəsinin anonsundan göründüyü kimi, bu konsertdə bəstəkarın bir sıra simfonik əsərləri və xoreoqrafik nömrələri də yer alacaq.

Qeyd edək ki, konsertdə respublikanın bir çox tanınmış musiqi xadimlərinin və məşhur müğənnilərin iştirakı gözlənilir. Musiqi axşamında iştirak edəcək aparıcı kollektiv xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Qara Qarayev adına dövlət kamera orkestridir.

 

# 1125
avatar

Oxşar yazılar