İlhamə Quliyevə:<span style="color:red;"> “Məni zəhərləmək, damarıma hava vurmaq istəyirdilər”
16 oktyabr 2015 14:32 (UTC +04:00)

İlhamə Quliyevə: “Məni zəhərləmək, damarıma hava vurmaq istəyirdilər”

Xalq artisti İlhamə Quliyeva işdən çıxardığı köməkçisi Mehriban Hüseynova barədə şok faktlar açıqlayıb. Lent.az-a açıqlama verən xalq artisti bildirib ki, evində köməkçi işləyən M.Hüseynova onu öldürmək istəyib: “Evimdə köməkçi kimi işləyən Mehriban Hüseynova  il yarımdır ki, mənə qarşı təhlükəli planlar hazırlayıbmış. Bu planlar isə yaxın bir ayın içində açılıb. Onun planlarına məni öldürmək, zəhərləmək, damarıma hava vurmaq daxil idi. O, mənim huşumu itirməyim üçün dərmanlar da hazırlatdırıbmış. Demək, bu inandığı bir adama mənə qarşı hazırladığı planları danışıb. Həmin danışıqların səs yazısı da bizdə var. Bundan başqa, mənim adımdan saxta vəsiyyətnamə də düzəltdirib. Evimdən də 5 min manat oğurlayıb, mənim imzamı saxtalaşdırmaq üçün 2500 manat ödəyib. Hətta mənə cadu da edirmiş. Həmin caduları isə bu gün balışımdan, divandan  çıxardıblar. Həmin dualarda da yazılıb ki, İlhamə bu yaxınlarda öləcək”.

 

 

Xalq artisti onu da əlavə edib ki, köməkçisi onun evindən zinət əşyalarını və bir çox sənəd oğurlayıb: “Mənim evdə olan şubalarımı, ləvazimatlarımı, pullarımı, ətirlərimi, zinət əşyalarımı da oğurlayıb. Onun haqqında polisə şikayət etməzdən qabaq uşaqlar evdə çantasını axtardı və mənim üzüyüm çıxdı. Evimi, maşınımı, bağ evimi əlində etibarnamə yazdıraraq, hazır saxlayıbmı”.

 

 

İ. Quliyeva onu da bildirib ki, ayın 7-də köməkçisini hüquq mühafizə orqanlarına təhvil verib: “Polislər evimə gəldi, məndən və ondan izahat aldılar. İzahatında da təsdiqlədi ki, bəli, bu işləri edib. Onu 2 gün artıq polis bölməsində saxlayandan sonra göndəriblər Kürdəxanıya. Lakin dünən gecə saatlarında 8-ci mikrorayondakı Tennis Akademiyasının qarşısında Mehriban və onun dəstəsi ilə qarşılaşdım. Mən başa düşə bilmirəm ki, bu qədər cinayət etmiş insan necə azadlıqda ola bilər? Mənim başımın altına yastıq qoyublar ki, sizin köməkçinizi həbs etmişik. Həbs edilməyib. Dünən bağdan qayıdanda ağ rəngdə “Chevrolet” markalı maşın qarşımızı kəsdi. Maşında da onun Xatirə adlı rəfiqəsi vardı. Həmin avtomobildən başqa arxamızca  2-3 maşın da düşmüşdü. İstədilər  mənim adamlarıma hücum etsinlər. Etdilər də. Amma mən maşından düşən kimi  qaçdılar. Onun evində guya Tofiq adlı bir əri var. O, alfonsdur. Ömrü boyu heç yerdə işləməyib. Bu məsələni Mehribanın əri də bilir. İnanmıram ki, Mehriban kimi insan belə bir işin altına tək girsin. Bu zəncirvarı işdir. Bu məsələnin arxasında duran qüvvələr var”.

 

 

İ. Quliyeva bildirib ki, dünən oğlu Orxana M.Hüseynovanın həyat yoldaşı hücum edib: “Əri oğluma hücum etdi. Mən ona dedim ki, darıxma, mən sənin başına oyun açacam. Dedim ki, arvadın türmədə olmalı idi, indi qabağıma çıxıb. Burda nə gəzir? Necə olub ki, buraxıblar?”

 

 

 

Xalq artisti bu məsələyə görə, müraciət də ünvanlayıb: “Mən sizin sayt vasitəsi ilə  daxili işlər naziri Ramil Usubova, Bakı şəhər Prokurorluğun rəhbərliyinə və dövlətimə müraciət edirəm. Müraciət edirəm ki, mənim təhlükəsizliyimi qorusunlar. Mənim həyatım bu  təhlükədədir. Mən bu işi bu yerdə qoymaq istəmirəm. Çünki bu qədər işi bir qadın edə bilməz. Mən sinəmin üstündə ilan gəzdirirmişəm”.

 

# 1334
avatar

Yalçın UĞUR

Oxşar yazılar