Ermənistan polisinin rəis müavini: [b]“Aksiya iştirakçılarında soyuq silah aşkarlanıb”[/b]
24 iyun 2015 14:23 (UTC +04:00)

Ermənistan polisinin rəis müavini: [b]“Aksiya iştirakçılarında soyuq silah aşkarlanıb”[/b]

İrəvanda keçirilən etiraz aksiyası iştirakçılarında soyuq silah aşkarlanıb.

 

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Ermənistan polisinin rəisinin müavini Unan Poqosyan deyib.

 

Onun sözlərinə görə, polis sadə vətəndaşların görmədiyi işlər görür. “Dünən aparılmış işlər nəticəsində vətəndaşlarda xeyli sayda bıçaq və biz aşkarlanıb. Onlardan polis əməkdaşlarına qarşı istifadə oluna bilərdi”, - deyə o vurğulayıb.

 

Qeyd edək ki, etirazçılar artıq 15 saatdır Baqramyan prospektini tərk etmirlər.

 

Bu arada Avropa Şurasının insan haqları üzrə komissarı Nils Muyjnieks iyunun 23-də İrəvanda dinc aksiyanın dağıdılması zamanı güc tətbiqindən narahatlığını ifadə edib. O, Ermənistan hakimiyyətini insan haqları ilə bağlı beynəlxalq öhdəlikləri yerinə yetirməyə çağırıb.

 

“Jurnalistlərə qarşı zorakılıq halları ilə bağlı aldığım məlumatlar narahatlıq doğurur. Mətbuat nümayəndələri təhlükəsiz və sərbəst şəraitdə işləməlidirlər”, - deyə o vurğulayıb. 

 
# 247
avatar

Oxşar yazılar