Təlimlərdə qəza: 20 hərbçi yaralandı
18 iyun 2015 05:38 (UTC +04:00)

Təlimlərdə qəza: 20 hərbçi yaralandı

Britaniyanın Solsberi vadisində keçirilən Böyük Britaniya-Hindistan birgə hərbi təlimlər zamanı baş vermiş qəza nəticəsində 20-dək adam yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Uiltşir polis idarəsinin nümayəndəsi bildirib.   

 

Məlumata görə, üç hərbi avtomobilin toqquşması nəticəsində xəsarət alanlardan 4 nəfərin ömürlük əlillik ilə nəticələnə biləcək ağır xəsarətlər alıb.

 

Qəzanın səbəbləri müəyyənləşdirilir. Yaralılar helikopterlər vasitəsilə xəstəxanalara çatdırılıb. Xəsarət alanlardan iki nəfərin vəziyyətinin kritik olduğu bildirilir.  

# 84
avatar

Oxşar yazılar