Məleykə Əsədova: “... başqa heç bir yerimdə əməliyyat etdirməmişəm”
06 mart 2014 15:47 (UTC +04:00)

Məleykə Əsədova: “... başqa heç bir yerimdə əməliyyat etdirməmişəm”

“Mən yalnız bir dəfə plastik əməliyyat etdirmişəm. Qoy bunu hər kəs bilsin”. Bu sözləri “ATV”-nin “Gündəlik Mətanətlə” verilişinə qonaq olan xalq artisti Məleykə Əsədova deyib. Sənətçi illərdir haqqında dolaşan plastik əməliyyat mövzusuna aydınlıq gətirib:

 

“1993-ci ildən,  “İtkin gəlin” filmindən sonra burnuma görə kompleks keçirirdim. Məhz buna görə də burnumu kəsdirim. Ondan sonra mən bunu dəfələrlə söyləmişəm. İndi əzizlərim, demək istəyirəm ki, bir dəfə, burnumdan plastik əməliyyat keçirtmişəm. Başqa heç bir yerimi əməliyyat eləməmişəm.  Həkim də indi gözümüzün qarşısındadır. Etmişəmsə, desin. Hər şey özümündür. Bu o demək deyil ki, mən əməliyyata pis baxıram. Mən bilsəm ki, kökəlirəm, mənə ağırlıq verərsə, əməliyyat edərəm. Axı mən səhnə adamıyam. Böyük obrazlar oynayıram.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2137
avatar

Oxşar yazılar