Özbəkistan sakini qaçaqmalçılıq yolu ilə evin bütün əşyalarını avtomobilinin damında Rusiyaya aparıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, kadrlarda çantalar, çoxlu sayda çamadanlar və hətta paltaryuyan maşının avtomobilin damında daşındığı görünür.
Əcnəbinin bütün yolu bu şəkildə gəldiyi qeyd edilir. Üstəlik, avtomobilin içərisində beş sərnişin də olub.