“Məcburi köçkünlərin hüquqlarının qorunması üçün beynəlxalq konvensiya qəbul edilməlidir”
18 iyun 2013 11:45 (UTC +04:00)

“Məcburi köçkünlərin hüquqlarının qorunması üçün beynəlxalq konvensiya qəbul edilməlidir”

“Qaçqınların hüquqlarının qorunması üçün beynəlxalq konvensiyalar var. Məcburi köçkünlər son 20 ilin məhsulu olduğundan onların hüquqlarının qorunması sahəsində beynəlxalq sənədlər yoxdur”. Lent.az-ın məlumatına görə, bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. Onun  sözlərinə görə, məcburi köçkünlərin hüquqlarının qorunması üçün beynəlxalq konvensiya qəbul edilməlidir: “Bu gün bir etnik digər ölkəyə qovulur, qaçqın statusu alır, ancaq vətəndaş öz ölkəsinin bir yerindən digərinə qovulur, ona məcburi köçkün deyilir. Məcburi köçkünün çəkdiyi əzab-əziyyət qaçqından daha çoxdur, niyə onlara qaçqın deyilmir? Məcburi köçkünlərin haqları beynəlxalq hüquqda təsbit edilməyib. Bu boşluq aradan qaldırılmalı və məcburi köçkünlərin hüquqları qorunmalıdır”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 690

Oxşar yazılar