Təranə Qumral: “Əxlaqsız Cabbarın arvadı, gəlinidir” - MÜSAHİBƏ
16 aprel 2013 13:35 (UTC +04:00)

Təranə Qumral: “Əxlaqsız Cabbarın arvadı, gəlinidir” - MÜSAHİBƏ

Müğənni Təranə Qumral keçmiş həyat yoldaşı Musa Musayevlə aralarında yaranmış qalmaqaldan Lent. az-a danışdı

 

- Musa ilə niyə boşandınız?

 

Musadan boşanmağımın əsil səbəbi, onun küllü miqdarda borcunun olması idi. Adamın nə qədər borcu olar? Borc ödəməkdən yorulmuşdum.

 

 

-Keçmiş həyat yoldaşınız Musa Musayev iddia edir ki, sizi şəmkirli biznesmenlə bir yataqda tutub. Buna münasibətiniz. O biznesmenin adını deyə bilərsiz?

 

- Biznesmenin adı yoxdur. Bütün Şəmkir qalxıb ayağa. Onların hamısı biznesmendir. Göstər, kimdir o adam? Hansı biznesmendir? O,  mənə şər atır. Adama deyərlər əgər  məni tutmusansa, niyə öldürmədin?  Tüfənglə gəlmisənsə, niyə vurmadın? Bəs sənin kişiliyin, qeyrətin haradadır, ay Musa? Mən güclü qadınam. Məni sındıra bilməzlər. Bütün sosial şəbəkədə qardaşları müsahibə verir. Gördünüz ki, mən özüm heç bir müsahibə vermədim. Heç öz qardaşıma və bacıma da imkan vermərəm ki, məsələ ilə bağlı bir fikir söyləsinlər.

 

- Bu xəbərlər mediada dərc olunandan sonra Musa ilə əlqaə saxladınızmı?

 

- Hə, ona dünən bir neçə dəfə zəng elədim. Amma zənglərimə cavab vermədi.

 

 

- Barışmağınız mümkündürmü?

 

- Mən demirəm, Musanı sevmirəm. Yenə deyirəm, mən Musanı sevirəm. Gələcəkdə də barışmaq haqda bir söz deyə bilmərəm, çünki uşaqlarımız var.

 

 

- Övladlarınız bu məsələ ilə bağlı sizdən nəsə soruşdular?

 

- Heç nə demədilər. Övladlarım neynəyəcəklər ki? Sarsıntı keçirdilər, şoka düşdülər. Övladlarım bilir ki, atalarının psixoloji sarsıntıları var.

 

 

- Bəs bu məsələ haradan qaynaqlandı?

 

- Deyim də, Musa öz xalası qızını boşayıb, məni alıb. Elə həmin gündən sonra hamısı mənə qarşı çıxıb. Mənim uşaqlarım da bilir ki, bu, Musanın işi deyil. Musanın qardaşının və anasının işidir. Musa ömür boyu mənə “Mələyim” deyib. O, heç zaman məni adımla çağırmayıb.

 

- Musa Musayevin qardaşı bizə müsahibəsində “Musa Azərbaycanda hamının tanıdığı və əxlaqsız bir qadını özünə arvad elədi” deyə məsələyə münasibət bildirib. Bununla bağlı nə deyərdiniz?

 

- Noolsun ki, Təranə xanım müğənnidir? O, birinci getsin, öz ailəsinə baxsın, sonra danışsın. Ataların bir məsəli var: Quyruqlu qoyun, öz quyruğunu qorusun. Əxlaqsız onun arvadı və gəlinidir. Musa bu cür danışıqlara şərait yaradırsa, nə deyim?

 

- Polisə müraciət etmisiniz?

 

- Yox. Mən polisə müraciət etməmişəm. O, mənim övladımın atasıdır. Gözləyəcəyəm. Məndən üzr istəsə, onu bağışlayacağam. Axı mən onu sevirəm. Üzr istəməsə, mənə şər atdığına görə nə tədbirlər lazımdırsa, hara müraciət etmək lazımdırsa, mütləq edəcəyəm. Bunu bilsinlər.

 

# 15624
avatar

Yalçın UĞUR

Oxşar yazılar