Topaz Premyer Liqası: “Qarabağ”a 1 xal yetər – PROQRAM - HAKİMLƏR
15 fevral 2013 11:00 (UTC +04:00)

Topaz Premyer Liqası: “Qarabağ”a 1 xal yetər – PROQRAM - HAKİMLƏR

Həftəsonu Topaz Premyer Liqasında XX turun oyunları keçiriləcək. Lent.az-ın məlumatına görə, qarşıdakı tur bir sıra önəmli məqamlarla əlamətdar olacaq.

 

İlk növbədə, “Qarabağ”ın ilk “6-lıq”da yerini təmin edəcəyi rəsmiləşə bilər. Bunun üçün Ağdam təmsilçisi “Sumqayıt”la ev oyununda heç-heçə də kifayət edir. İstəyinə çatsa, baş məşqçi Qurban Qurbanovun komandası “İnter”, “Simurq” və “İnter”dən sonra medallar uğrunda mübarizəyə başlayacaq 4-cü klub olacaq.

 

“Qəbələ” də bu hüquqa yiyələnə bilər. Amma baş məşqçi Ramiz Məmmədovun komandası öncə AZAL – “Bakı” matçında heç-heçəyə ümid etməli, sonra isə səfərdə “İnter”i yenməyi bacarmalıdır.

 

Qarşıdakı turda ilk “6-lıq” uğrunda mübarizə aparan komandaların sayı azala bilər. Hazırda “Turan” və “Rəvan” da şanslarını qoruyur. Amma “Turan” “Xəzər Lənkəran”a uduzsa və “Rəvan” autsayder “Kəpəz”lə görüşdə xal itirsə, Tovuz və Bakı komandaları ən güclülər sırasında yer almaq imkanlarını tam əldən verəcəklər.  

 

Turun 6 matçından 4-ü Bakıda keçiriləcək. Mərkəzi oyunlardan sayılan “Bakı” – AZAL matçı keçmiş FİFA referisi Vüsal Əliyevə, “İnter” – “Qəbələ” görüşü hazırkı beynəlxalq dərəcəli hakim Anar Salmanova həvalə olunub. Yeni FİFA referilərindən Rəhim Həsənov “Simurq” – “Neftçi” oyununa təyinat aldığı halda, Əliyar Ağayev “istirahət”ə göndərilib. Ağayev ötən tur “Kəpəz” – “Neftçi” matçının (0:3) baş hakimi olub.   

 

16 fevral (şənbə)

 

14:00. “Bakı” – AZAL (Bakı)
Hakimlər: Vüsal Əliyev, İlham Əliyev, Azər Əsgərov, İnqilab Məmmədov
“Bakı” klubunun təlim-məşq bazasının stadionu

 

15:00. “Kəpəz” (Gəncə) – “Rəvan” (Bakı)
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Cavanşir Yusifov, Fariz Yusifov
Bakı, “Dalğa Arena”

 

16:00. “Qarabağ” (Ağdam) – “Sumqayıt”
Hakimlər: Ramil Diniyev, Vaqif Musayev, Coşqun Həsənov, Elvin Əsgərov
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

 

17 fevral (bazar)

 

15:00. “İnter” (Bakı) – “Qəbələ”
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Namiq Hüseynov, Rauf Cabbarov
Bakı, “Şəfa” stadionu

 

16:00. “Xəzər Lənkəran” – “Turan” (Tovuz)
Hakimlər: Elçin Məmmədov, Rza Məmmədov, Elşən Acalov, Ömər Paşayev
Lənkəran şəhər mərkəzi stadionu

 

17:00. “Simurq” (Zaqatala) – “Neftçi” (Bakı)
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Ramiz Məhərrəmov
Zaqatala şəhər stadionu

 

Qeyd edək ki, “Bakı” – AZAL, “Qarabağ” – “Sumqayıt”, “İnter” – “Qəbələ” və “Simurq” – “Neftçi” matçları “İdman Azərbaycan” telekanalı vasitəsilə canlı yayımlanacaq.

# 959
avatar

Oxşar yazılar