Zaqatalada qəbiristanlığı külək dağıtdı - VİDEO
23 iyun 2024 12:11 (UTC +04:00)

Zaqatalada qəbiristanlığı külək dağıtdı - VİDEO

Zaqatalada güclü külək qəbiristanlığı yerlə-yeksan edib.

Lent.az ZAQATALA NEWS teleqram kanalına istinadən xəbər verir ki, ötən gecə respublikanın əksər bölgələrində olduğu kimi, Zaqatalada da güclü külək əsib, leysan və dolu yağıb.

Təbii fəlakət əksər kəndlərdə ciddi fəsadlar törədib.

Qımır, Çobankol və Suvagil kəndləri təbii fəlakətdən daha çox zərər görüb.

Güclü külək Qımır kənd qəbiristanlığındakı iri gövdəli ağacları aşırıb. Nəticədə qəbirdaşları dağılıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11124
avatar

Oxşar yazılar