Təyyarənin qəzaya düşdüyü yerdən tapılan əmanət BAKIYA GÖNDƏRİLİR  -VİDEO  -YENİLƏNİB
21 yanvar 2025 13:17 (UTC +04:00)

Təyyarənin qəzaya düşdüyü yerdən tapılan əmanət BAKIYA GÖNDƏRİLİR -VİDEO -YENİLƏNİB

Qazaxıstanın Astana şəhərində yaşayan bloger Aygül Berdigalievanın paylaşdığı görüntüləRi sizə təqdim etmişdik.

Lent.az xəbər verib ki, Aygül xanım yeni paylaşımlar edib.

O ilk videosunda qeyd edir ki, qəza yerindən tapdığı sırğanın sahibi gənc qadın idi, və başını yaylıqla çeçen xanımları kimi arxadan bağlamışdı.

İkinci videoda isə çox sevinərək bildirir ki, sırğaların sahibi gənc qadın uzun müddət komada qaldıqdan sonra tapılıb:

“Mən hislərimi bilmirəm necə bölüşüm. Təsəvvür edirsiniz, biz sırğanı tapdıqda o xanım komadan ayılıb. O, hamilədir və bətnindəki uşaq da hazırda salamatdır. Öyrəndim ki, bu sırğanı ona toy hədiyyəsi olaraq qayınanası alıbmış”.

 

***

09:52

 

Qazaxıstanın Astana şəhərində yaşayan bloger Aygül Berdigalievanın paylaşdığı görüntülər çox təsirlidir.

Lent.az-ın məlumatına görə, Aygül xanım paylaşdığı videoda xəbər verir ki, Aktauda AZAL-ın təyyarəsi qəzaya düşdükdən sonra sağ qalan qadın sərnişinlərdən biri deyib ki, qiymətli sırğamı itirmişəm onu tapmaq istəyərdim.

Aygül xanım bu barədə belə deyir: “Mən ona söz verdiyim kimi, getdim hadisə yerinə və bu sırğanı tapdım. Məndədir, yalnız o vaxt təqdim edəcəm ki, bu bahalı əşyanın ona məxsus olduğunu sübut etsin. Onunla heç olmasa bir fotosunu təqdim eləsin”.

Bu barədə videonu təqdim edirik:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 84808

Oxşar yazılar

APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

17 aprel 2025 , 10:00
Bakıda bataqlığa düşən sürücü belə xilas edildi - VİDEO

Bakıda bataqlığa düşən sürücü belə xilas edildi - VİDEO

16 aprel 2025 , 16:39
Binə və Zabratın yollarını su basdı - VİDEO

Binə və Zabratın yollarını su basdı - VİDEO

16 aprel 2025 , 11:17
"Bağırov" tunelindən SON GÖRÜNTÜLƏR

"Bağırov" tunelindən SON GÖRÜNTÜLƏR

16 aprel 2025 , 10:49
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

16 aprel 2025 , 10:30
Görün kolbasalara nələr qatırlar – DİQQƏTLİ OLUN!  -VİDEO

Görün kolbasalara nələr qatırlar – DİQQƏTLİ OLUN! -VİDEO

15 aprel 2025 , 16:22
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

15 aprel 2025 , 10:00
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

14 aprel 2025 , 10:00