Bakıda taksi sürücüsü qadın sərnişini çay evinə aparmaq istəyib.
Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər yayılıb. Görüntülərdən də məlum olur ki, taksi sürücüsü dəfələrlə qadına “gözəlliyinə görə” çay təklifi edir. Həmin sərnişin isə bu anları gizli kameraya çəkib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a bildirib ki, görüntülər araşdırılıb:
“Həmin taksi sürücüsü müəyyən edilərək saxlanılıb. Onun barəsində qanunvericiliyə uyğun olaraq, müvafiq tədbirlərin görülməsi təmin edilib. Taksi sürücülərin bu və ya digər neqativ halları ilə bağlı mətbuata geniş məlumat veriləcək”.