Qadınlar yalan söyləyən kişiləri sevmirlər. Bəs özləri necə, kişilərə yalan danışırlar?
Lent.az qadınların kişilərə söylədiyi məşhur yalanları təqdim edir:
Keçmiş sevgilin mənim üçün önəmli deyil
Ən çox işlədikləri yalan da elə budur. Həyat yoldaşının və ya sevgilisinin keçmiş sevgililəri ilə maraqlanmyan qadın hələ yer üzərində yoxdu. Sizə “mənim üçün maraqlı deyil”, deyirsə, bilin ki, artıq araşdırmalar başlanılıb.
Hər şey yaxşıdı
Əgər həyat yoldaşınız və ya sevgiliniz sizə “hər şey yaxşıdı” deyirsə, inanmayın. Bilin ki, tam tərsidi. Hər şey heç də yaxşı deyil. Cəsarətiniz varsa, nə baş verdiyini soruşun, yoxdursa, o zaman bir müddət sakitləşməsini gözləyin.
De, hirslənməyəcəm
Xanımınızdan nəsə gizlədirsinizsə, bu sözü mütləq eşidəcəksiniz. Sizi razı salmaq üçün əsəbləşməyəcəyinə inandıracaq. Və… etiraf edəndən sonra az öncə verdiyi sözü unuda bilər, ehtiyatlı olun.
Qısqanc deyiləm
Xanım dostlarınızla zaman keçirəndə özünü ələ verməmək üçün sizi qısqanmadığını deyəcək. Amma bu böyük yalana inanmayın. Özünə güvənən qadın belə sevgilisinin başqa xanımlarla zaman keçirməsindən xoşbəxt olmur.
Heç kimə demərəm
Sirirnizi “heç kimə söyləməyəcəm”, deyən qadınla rastlaşa bilərsiniz. Amma bu sirri ömrünün sonuna qədər saxlayan qadınla heç vaxt qarşılaşmayacaqsınız, əmin olun. Qadınların dünyasında rəfiqə. bacı və anaya kiminsə sirrini demək etibarsızlıq əlaməti sayılmır.