Qadın evində gizli seyf  tapdı, içindəkilərdən şoka  düşdü - VİDEO
04 oktyabr 2024 15:13 (UTC +04:00)

Qadın evində gizli seyf tapdı, içindəkilərdən şoka düşdü - VİDEO

Hərracda ev alan Los-Anceles (ABŞ) sakini kilidli seyf aşkar edərkən şok edici kəşflə üzləşib. O, partnyoru ilə birlikdə evi gəlirli bir mülkə çevirmək qərarına gəlib, lakin köçdükdən dərhal sonra evdə gizlədilmiş böyük bir seyf aşkar edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, özləri onu açmağa dəfələrlə cəhd etsələr də, seyfi aça bilməyiblər və kilidi deşmək üçün mütəxəssis çağırıblar.

Ancaq içəridə tapdıqları şey onun dərhal polisə müraciət etməsinə səbəb olub. Qızın paylaşdığı videoda seyfin açılmasının bir neçə saat çəkdiyini və içindəkilərin tamamilə gözlənilməz olduğunu deyir. Tapıntılar arasında ailə mirasları var idi: toy üzüyü, nadir əskinaslar və sikkələr, köhnə fotoşəkillər və İkinci Dünya Müharibəsindən qalan xəncər.

Bununla birlikdə, onun fikrincə, ən şokedici kəşf o qədər ciddi idi ki, ona təfərrüatları açıqlamaq qadağan edildi. “Haqqında danışa bilməyəcəyim bir şey tapdıq - bu çox ciddidir. Polisə zəng etməli olduq”, - qız bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 906
avatar

Fidan İlqar

Oxşar yazılar