Ölüm olan qəzada kəndir qırıldı, "NİVA" dərəyə yuvarlandı - VİDEO
07 dekabr 2022 10:05 (UTC +04:00)

Ölüm olan qəzada kəndir qırıldı, "NİVA" dərəyə yuvarlandı - VİDEO

Astarada qarlı yolda "NİVA" markalı avtomobilin dərəyə aşması nəticəsində atanın ölməsi, oğulun isə yaralanması barədə xəbər vermişdik.

Lent.az xəbər verir ki, qəzadan sonra dərəyə aşan avtomobilin çıxarılması üçün tədbirlər görülüb. Lakin bu zaman kəndir qırılıb və nəqliyyat vasitəsi dərəyə yuvarlanıb.

Qeyd edək ki, hadisə Asxanakəran kədni ərazisində qeydə alınıb. Yolun sürüşkən olması səbəbilə "NİVA" markalı avtomobil dərəyə aşıb. Nəticədə sürücü Zakir Lələyev dünyasını dəyişib, oğlu R.Aydınzadə isə xəsarət alıb.

Görüntüləri təqdim edirik:

# 4023
avatar

Oxşar yazılar