Mükəmməl borşun sirləri:  əsl evdar qadın RESEPTİ
24 sentyabr 2024 14:47 (UTC +04:00)

Mükəmməl borşun sirləri: əsl evdar qadın RESEPTİ

Hər bir evdar qadın borşu öz xüsusi reseptinə uyğun olaraq hazırlayır. Bunun üçün də hər kəsin borşu fərqli tamda olur. Ancaq bu dəfə borşa xüsusi dad qatan bir neçə sirri sizinlə bölüşəcəyik. 

Lent.az resepti təqdim edir:  

Lazım olan ərzaqlar: 

Ət qabırğaları

Kələm

Kartof

Pomidor sosu

Sarımsaq

Şüyüd, cəfəri

Dəfnə yarpağı

Əvvəlcə bulyonu bişirin. Qabırğaları bişənə qədər qaynadın, dadı tam çıxsın deyə soğan və kök  əlavə edin. Daha sonra kartofu kublar, kələmi zolaqlar şəklində kəsin. Tərəvəzləri bişirin. Kartofu yarım bişənə qədər qaynadın, kələm və pomidor sosu əlavə edin. Borşa dəfnə yarpağı, bibər və doğranmış göyərti ilə ədviyyatları tökün. Tam bişənə qədər dəmlənməyə qoyun. 

Hazırlanma qaydasına aşağıdakı videoda baxa bilərsiniz. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1368
avatar

Sevinc Fərid

Oxşar yazılar