"Dünyada bu xəstəlik səbəbindən həyatını itirənlərin sayı 3 milyondan çoxdur".
Lent.az məlumat verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib:
“Son dövrlər Hindistandakı yoluxma sayı bizi narahat edir. Hindistanda hər gün yoluxma və ölüm saylarında rekordlar qırılır. Artıq rəsmi olaraq təsdiq olunub ki, Hindistanda virusun yeni mutasiyası qeydə alınıb. Mutasiyalar viruslara xas olan prosesdir. Hələ ki, Hindistanda aşkarlanan mutasiya və ştammın xəstəliyin ağırlaşmasına səbəb olması ilə bağlı araşdırmalar yoxdur.
Azərbaycanda da bunu aşkarlamaq üçün testlər aparılır. Ancaq hələ buna rast gəlinməyib. Yeni məlumat olsa, açıqlama verəcəyik”.
12:05
"Azərbaycanda koronavirus infeksiyasına qarşı aparılan vaksinasiya prosesinin yeni mərhələsi elan olunacaq".
Lent.az məlumat verir ki, bu barədə keçirilən brifinqdə səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev deyib.
***
12:00
Operativ Qərargahın bu gün üçün nəzərdə tutulan brifinqi başlayıb.
Lent.az məlumat verir ki, brifinqdə pandemiya ilə bağlı bir neçə yeni qərarların veriləcəyi gözlənilir.