DƏHŞƏTLİ ANLAR : Maşın oyun gedən futbol meydanına belə girdi -VİDEO
23 may 2022 13:39 (UTC +04:00)

DƏHŞƏTLİ ANLAR: Maşın oyun gedən futbol meydanına belə girdi -VİDEO

Türkiyənin İstanbul şəhərində qəribə qəza baş verib. 

Lent.az yerli mediaya istinadla xəbər verir ki, idarəetməni itirən sürücünün ani səhvi nəticəsində az qalsın faciə baş verəcəkdi. 

Qəza dünən axşam saat 23 radələrində, Büyükçekmece ərazisində yerləşən uşaq meydançasına doğru hərəkət edən sürücü minik avtomobilini işıq dirəyinə çırparaq aşırıb. Aşan maşın bir neçə dəfə dövrə vuraraq yaxınlıqdakı içərisi uşaqla dolu meydançaya girib.

Sürücü və içindəki sərnişin xəsarət alsalar da, xoşbəxtlikdən uşaqlara heç nə olmayıb. Yaralılar xəstəxanaya aparılıblar.


 

Türkiyədə uşaq meydançasına maşın girib

# 2376
avatar

Nigar Namiq

Oxşar yazılar