Bərdə rayonunda qarpızın kanala atılması ilə bağlı paylaşılan görüntülərin təfərrüatları məlum olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, vətəndaşın qarpızın satılmadığı ilə paylaşılan görüntülər "Tik-Tok"da izləyici toplamaq məqsədi ilə çəkilib. O da məlum olub ki, vətəndaş elə həmin gün 11 tondan artıq məhsulunu bazar dəyərində satıb.
Kanala atılan məhsullar satış üçün yararlı olmayıb.