Bakıda dəhşətli qəzadan sağ çıxan sürücü DANIŞDI   - VİDEO
15 mart 2023 11:47 (UTC +04:00)

Bakıda dəhşətli qəzadan sağ çıxan sürücü DANIŞDI - VİDEO

Bakıda ölümlə nəticələnən qəza törədən sürücü polisə ifadə verib.

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən xəbərə görə, sürücü Seyidov Namiq Mirqasım oğlu sükan arxasında məsuliyyətsizlik etdiyini, tələsdiyi üçün kobud şəkildə manevretmə qaydasını pozduğunu etiraf edib:

"İşə çox vaxt həmin yolla gedirəm və oradakı radarların yerini bilirəm. Radara çatanda sürəti azaldıb sonra yenidən artırıram. Nə yalan deyim? O yolda demək olar heç kim avtomobili 120 km/saatdan aşağı sürətlə idarə etmir. Sadəcə mənim ağılsızlığım orda oldu ki, yük maşınını sağdan keçdim. Keçməsəm düz yol ilə gedirdim".

Baş verən hadisədə təhlükəsizlik kəməri sayəsində sağ qaldığını vurğulayan sürücü sərnişin xanım da təhlükəsizlik kəmərini taxsaydı bəlkə heçnə olmazdı deyə vurğulayıb.

Qeyd edək ki, ölən şəxsin  iki azyaşlı övladı var.

# 4830
avatar

Oxşar yazılar