Azər Maqsudovun alimi vurub öldürdüyü yerdən VİDEO
17 noyabr 2023 11:30 (UTC +04:00)

Azər Maqsudovun alimi vurub öldürdüyü yerdən VİDEO

Dünən Bakıda Kliniki Tibbi Mərkəzin şöbə müdiri Azər Maqsudovun tanınmış alim Arif Acaloğlunu avtomobillə vuraraq öldürməsi barədə xəbər vermişdik.

Lent.az xəbər verir ki, hadisənin baş verdiyi yerdən görüntülər yayılıb. Videoda görünür ki, ətrafda olanlar A. Acaloğlunu götürərək avtomobilə mindirməyə aparır.

Qeyd edək ki, qəzadan sonra sürücü A. Maqsudov yaralını 3 saylı şəhər Kliniki Xəstəxanasına aparıb. Lakin görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb.

# 3021
avatar

Oxşar yazılar