Uşaqlarınız  yuxuda danışır, gəzir?   - Necə davranmalı?
14 dekabr 2021 21:20 (UTC +04:00)

Uşaqlarınız yuxuda danışır, gəzir? - Necə davranmalı?

Valideynlərin bir çoxu uşaqlarının yuxuda danışmağı və gəzməsi problemi ilə qarşılaşır. Adətən, bunun səbəbi gün ərzində baş vermiş streslər, yorğunluq və yuxunun az olması ilə izah edilir.

Bu zaman heç bir xüsusi müalicəyə ehtiyac yoxdur və valideynlər bundan narahat olmamalıdır.

Somnambulizm, yəni yuxuda gəzmək kiçik yaşlı uşaqların 15-35 faizində ən azı bir dəfə rast gəlinir. Oğlanlarda bu hal qızlara nisbətən daha çox görünür. 

Yuxuda gəzmək bəzi hallarda irsiyyətlə də bağlı ola bilər. Bu, 14-16 yaşına kimi getdikcə azalır və daha sonra hər şey qaydasında olur. 

Əlbəttə, somnambulizm bəzi hallarda təhlükəli ola bilər. Buna görə də bu hal həddindən artıq çox təkrarlanırsa, mütləq həkimə müraciət etməlisiniz. 

Bəs, uşaq yuxuda gəzirsə,  valideyn nə etməlidir? Necə davranmalıdır? 

Lent.az bu sualların cavabının qısa xülasəsini təqdim edir:

1. Uşağın davranışlarına və hərəkətlərinə diqqətlə fikir verin. 

2. Belə vəziyyətlə qarşılaşanda uşağı oyatmağa çalışmayın. Çalışın ehtiyyatla yataq otağına aparıb yerinə uzandırasınız. Yanında gözləyin ki, uşaq dərin yuxuya getsin. 

3. Evladlarınızın təhlükəsizliyini təmin edin 

4. Uşağın otağının qapısını da bağlaya bilərsiniz. 

5. Oyandıqda isə ona gecə baş verənləri danışmayın. Bunu başqa insanların yanında qətiyyən dilə gətirməyin. Bu zaman onlar baş verənləri xatırlamayacaq və utanacaq, sıxılacaq. Bu da uşağın psixologiyası üçün zərərlidir. 

6. Əgər bu vəziyyət tez-tez təkrarlanarsa, həkimə müraciət edin və övladınızın hər bir hərəkətini, davranışını dəqiq təsvir etməyə çalışın.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2997
avatar

Sevinc Fərid

Oxşar yazılar