Polşa alimləri fiziki fəaliyyətin uşaqların SARS-a qarşı həssaslığını azaltmağa kömək etdiyini bildiriblər.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər 4-7 yaş arası 100-dən çox oğlan və qızın iştirakı ilə araşdırma aparıblar.
Bütün uşaqlar fəaliyyət səviyyələrini və yuxu müddətini ölçmək üçün 40 gün ərzində yanlarında pedometrlər aparıblar.
Analar və atalar təxminən 60 gün ərzində uşaqların əlamətləriniı izləyiblər.
Nəticədə həkimlər qeyd ediblər ki, gündəlik addım sayının hər min dəfə artması soyuqdəymə müddətini orta hesabla 4 gün azaldır.
Uşaq həftədə üç saatdan çox idmanla məşğul olarsa, bu müddət daha da uzanır.
Bundan əlavə, işin müəllifləri hesab edirlər ki, uşağın daha yüksək fiziki aktivliyi varsa, yoluxma riskini azaltmaq mümkündür.