Ətrafda gördükləri hər şeyi anlamağa çalışan uşaq gün ərzində valideynlərinə 300 sual verir.
Lent.az xəbər verir ki, uşaqlar sualları ən çox analarına verirlər. Həkimlər uşaqların daha çox 4 yaşından sonra hər şeylə maraqlandıqlarını qeyd edirlər.
Oğlan uşaqlarına nisbətən qız uşaqları daha çox sual verir. Onlar gün ərzində təxminən hər iki dəqiqədən bir nəyləsə maraqlanırlar. Bu isə günün sonuna kimi txminən 400 sual edir.
Psixoloqlar uşaqların gələcəkdə fikirlərini daha aydın və dolğun ifadə etmələri üçün valideynlərə uşaqların verdikləri hər bir suala səbr və ətraflı cavab vermələrini məsləhət görürlər.
Nigar Adil