Uşağınızın yuxusunu yaxşılaşdırmaq  üçün HƏLL YOLU
11 noyabr 2024 16:27 (UTC +04:00)

Uşağınızın yuxusunu yaxşılaşdırmaq üçün HƏLL YOLU

Yaxşı yuxu yatmaq uşaq üçün vacibdir, çünki o, fiziki və zehni inkişafı dəstəkləyir, immunitet sistemini gücləndirir və emosiyaların öhdəsindən gəlməyə kömək edir.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, alimlər yatmazdan əvvəl ekran qarşısında qalma vaxtının azaldılmasının uşaqların yuxu keyfiyyətinə müsbət təsir etdiyini bir daha təsdiqləyiblər.

Bununla bağlı araşdırma aparılıb. Araşdırmada 16-30 aylıq uşaqları olan 105 ailə iştirak edib. 

Valideynlər iki qrupa bölünüb: Birinci qrupda valideynlərdən yatmazdan bir saat əvvəl ekranları tamamilə ləğv etmələri istənib, onun oxuma, tapmaca və ya oyunlar kimi sakit fəaliyyətlərlə əvəz edilməsi təklif edilib. İkinci qrupda valideynlərə ekran vaxtı ilə bağlı konkret göstərişlər verilməyib.

Nəticələr göstərib ki, ekransız qrupdakı körpələrin yuxu keyfiyyəti yaxşılaşıb. Uşaqlar daha tez yuxuya gediblər. Həmçinin, yuxuları daha sabit, gecə oyanmaları isə nisbətən az olub. Bu, yatmazdan əvvəl ekran vaxtının körpələrin təbii yuxuya hazırlıq proseslərini pozduğunu təsdiqləyir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2022
avatar

Ləman Sərraf

Oxşar yazılar