Bir çox valideynlər övladı üçün xüsusi olaraq sırğa almalı olduqlarına inanırlar: ona anasının köhnə zərgərlik əşyalarını təklif etmək və ya özünə xas zərgərlik ilə məhdudlaşdırmaq kifayətdir.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, uşaq sırğaları seçərkən sağlamlığı və təhlükəsizliyinə diqqət etməliyik.
Birinci qayda: uşaq sırğalarını seçin, böyüklər üşün nəzərdə tutlanlardan uzaq durun. Uşaqlar üçün xüsusi olaraq yaradılan hər şey kimi, sırğalar da böyüklərin zərgərliklərindən bir sıra cəhətlərə görə fərqlənir. Əvvəla, bunlar ölçülərdir: uşaq üçün sırğa kiçik və səliqəli olmalıdır. Bunun sayəsində uşaq sırğanı taxarkən zədələnməyəcəkdir. Və təbii ki, sırğalar mümkün qədər yüngül olmalıdır ki, sırqa deşiyi uzanmasın və zinət əşyalarının ağırlığı altında qulaqlar deformasiyaya uğramasın.
İkinci qayda: sadə, lakin yüksək keyfiyyətli modellərə üstünlük verin.
Hamımız bilirik ki, kiçik bir uşaq kifayət qədər aktivdir. Buna görə də, sırğalar seçərkən, qapağın təhlükəsizliyinə və etibarlılığına xüsusi diqqət yetirməlisiniz. Qıfılları sərt bağlanan sırqalara üstünlük verin. Çünki uşaq bağlayıcılarını asanlıqla qıra bilərlər.
Üçüncü qayda: seçərkən uşağın görünüşünü nəzərə alın.
Rəngsiz almazlı universal sırqa demək olar ki, hər bir qıza yaraşır. Həmçinin, müxtəlif kəsiklərdəki rəngli daşlar çox təzə və incə görünəcək: məsələn, yaqut və ya zümrüdlər qəhvəyi gözlü körpəyə uyğun gəlir. Optimal daşın ölçüsü 0,2-0,3 karatdır.
Dördüncü qayda: sırğaların uşaqlığı simvolizə etməsi arzu edilir.
Məsələn, ürək formalı zərgərlik çox simvolik olacaq. Armud sırğaları da təzə və qeyri-adi görünəcək. Yetkin bir qız üçün daha cəsarətli dizayn seçə bilərsiniz. Çünki uşaq böyüdükcə təhlükəsizlik məsələsi arxa plana keçir və daha çox seçim azadlığı görünür.
Beşinci qayda: yüksək keyfiyyətli və təbii materialları seçin.
Böyüklər kimi, uşaqlarda da təbii qiymətli daşlar və metallar seçmək məsləhətdir.