Alimlər məktəblilərin qiymətləri ilə onların valideynləri arasında əlaqə tapıblar.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu qənaətə Norveç Biznes Məktəbinin alimləri gəlib.
Məktəblilərin akademik göstəriciləri iki amillə əlaqələndirilib: şagirdlərin öyrənmə qabiliyyətinə inamı və valideynlərin təhsili. Tədqiqatçıların fikrincə, bu, ümumi özünə hörmətlə bağlı deyil - tələbələrin idrak qabiliyyətlərinə inamlı olması vacibdir. Adlarını çəkdikləri digər mühüm amil isə valideynlərinin, ilk növbədə analarının təhsil səviyyəsi olub.
Alimlər vəziyyətə həm zəkanın genetik komponentinin, həm də ev intellektual mühitinin formalaşmasının təsir etdiyini irəli sürüblər. Məlum olub ki, bu məsələdə ən az rolu tədrisin keyfiyyəti oynayır.
Analitikanı hazırlayarkən Norveç Biznes Məktəbinin nümayəndələri İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının qlobal PISA tədqiqatında iştirak edən 79 ölkədən 600 min məktəblidən alınan məlumatlara əsaslanıb.