Qeyri-adi uşaq doğuldu:  Dörd qolu və ayağı var
07 iyul 2022 19:58 (UTC +04:00)

Qeyri-adi uşaq doğuldu: Dörd qolu və ayağı var

Hindistanın Uttar-Pradeş ştatında qeyri-adi uşaq dünyaya gəlib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Kamila adlı qadının iyulun 2-də doğuş sancısına başlayıb. O, xəstəxanaya çatdırılıb, bir müddət sonra təxminən üç kiloqram ağırlığında bir uşaq dünyaya gətirib. Körpə dünyaya gələn kimi dərhal məlum olub ki, o, hamı kimi deyil - dörd qolu və ayağı var. Uşağın mədəsində əlavə əzalar əmələ gəlib.

Anomaliyaya baxmayaraq, cinsiyyəti bildirilməyən yeni doğulmuş körpənin səhhətində problem yoxdur. Yeni ananın da vəziyyəti yaxşıdır.

Qeyri-adi körpənin dünyaya gəlməsi xəbəri yayılaraq yerli sakinlərin diqqətini çəkib. İnsanlar uşağa baxmaq üçün xəstəxanaya gəlməyə başlayıb. Bəziləri onu təbiətin möcüzəsi adlandırıb, digərləri onun rifah, bolluq, firavanlıq, zənginlik, uğurlar və xoşbəxtlik tanrıçası olduğunu irəli sürüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2937
avatar

Oxşar yazılar