Rusiyanın Ukraynaya hücumu nəticəsində fevralın 24-dən bu günə qədər 139 uşaq həlak olub.
Lent.az Ukrayna KİV-nə istinadla bildirir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, davam edən müharibədə indiyədək 205 uşaq yaralanıb.
Məlumata görə, ən çox uşaq ölümləri Kiyev, Xarkov, Donetsk, Çerniqov, Nikolayev, Zaporojiye, Jitomir, Xerson və Sumidə qeydə alınıb.
UNİCEF-in məlumatına görə, Ukraynada hər ikinci uşaq qaçqın olub.
UNICEF-in bəyanatında deyilir ki, 4,3 milyon uşaq ölkədən çıxarılıb. Bu da Ukraynanın təxminən 7,5 milyon uşaq əhalisinin yarısından çoxunu təşkil edir.
Bu statistikaya valideynləri tərəfindən qonşu ölkələrə qaçqın kimi köçürülmüş 1,8 milyondan çox uşaq və Ukraynada məcburi köçkün olan 2,5 milyon uşaq daxildir.
Əkiz uşaqlar ölüb