Məktəbli qız qarın ağrısından şikayət etdi:  Hamilə olduğu üzə çıxdı
10 aprel 2022 18:59 (UTC +04:00)

Məktəbli qız qarın ağrısından şikayət etdi: Hamilə olduğu üzə çıxdı

Krasnoyarsk diyarında 11 yaşlı məktəbli qızın hamiləliyi ilə bağlı cinayət işi açılıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, məktəbli qızın qarnında kəskin ağrılardan şikayət etməsindən sonra hamilə qaldığı məlum olub. Həkimlər qızın hamiləliyin 30-cu həftəsində olduğunu müəyyən ediblər.

Məktəbli qız uşaq gözlədiyini başa düşübmü, yoxsa qəsdən "maraqlı" vəziyyətini böyüklərdən gizlədib? İndi hüquq-mühafizə orqanlarının əməkdaşları bu suala cavab tapmalı olacaqlar.

Artıq “zorlama” maddəsi ilə cinayət işi açılıb, uşağın atası tez bir zamanda müəyyən edilib. Məktəbli qızın 15 yaşlı oğlan dostu olduğu ortaya çıxıb, yeniyetmələr bir müddət görüşüblər.

İstintaqla müəyyən edilib ki, yeniyetmə evdə olarkən yaşına görə köməksiz vəziyyətdə olan və törətdiyi əməllərin mahiyyətini və əhəmiyyətini dərk etməyən 11 yaşlı qızla könüllü cinsi əlaqədə olub. 

Müstəntiqlər hadisənin başvermə şəraitini müəyyənləşdirir, yeniyetmə artıq etirafedici ifadə verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7074
avatar

Oxşar yazılar