Mağazanın dayanacağında  doğulan körpənin ailəsinə   gözlənilməz hədiyyələr
03 fevral 2025 15:37 (UTC +04:00)

Mağazanın dayanacağında doğulan körpənin ailəsinə gözlənilməz hədiyyələr

Alabamadan olan ailə (ABŞ) nadir qar fırtınası zamanı mağazanın dayanacağında doğulan körpəsinin şərəfinə bir il ərzində pulsuz "bubliklər" alacaq.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Dotanda güclü qar yağması zamanı doğuş sancısı keçirən Şanya Bennett 5 yaşlı oğlu ilə birlikdə xəstəxanaya aparılıb.

Bennett xəstəxanadan təxminən bir mil məsafədə, vaxtında çata bilməyəcəyini anlayıb və pis hava səbəbindən bağlanmış “Krispi Kreme” dükanının yaxınlığındakı dayanacağa gediblər.

Cütlüyün övladı Dallas Mitçel xilasedicilər çatana qədər dünyaya gəlib.

Şanya telekanala müsahibəsində "Özümü super qadın kimi hiss edirdim" deyib.

Bu arada uşaqların atası Kion Mitçell çaxnaşma ilə mübarizə apardığını söyləyib: "Çox qorxduğum üçün necə sakit qaldığımı həqiqətən bilmirəm."

Yolun qalan hissəsində ana və yeni doğulmuş körpə xəstəxanaya aparılıb, yanvarın 24-də isə evə buraxılıblar.

“Krispi Kreme” dükanının meneceri ailənin bir il ərzində pulsuz donut alacağını söyləyib və gələn il Dallasın ilk ad günü şənliyini orada keçirməyi təklif edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 945

Oxşar yazılar