Körpələrinizi bu kresloda  YATIZDIRMAYIN!  - Ölüm riski var
15 mart 2024 14:22 (UTC +04:00)

Körpələrinizi bu kresloda YATIZDIRMAYIN! - Ölüm riski var

Sallanan kreslo kimi meylli vəziyyətdə yatmaq körpələri boğulma riski ilə qarşı-qarşıya qoya bilər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər körpələr üçün ən təhlükəsiz yatmaq qaydasının arxa üstə olduğunu deyib.

Sallanan kresloda körpəni yatızdırmaq kövrək tənəffüs yollarının daralması riskini artırır və bu da öz növbəsində ani körpə ölümü sindromu ehtimalını çoxaldır. Mütəxəssislər beşikdə boş çarşafların, yorğanların və yastıqların olmadığından əmin olmağı tövsiyə edir. Fakt budur ki, yuxuda aktiv şəkildə hərəkət edən bəzi körpələr tez-tez parçanı başlarının üstündən çəkməyə meyllidirlər. Bu da boğulma riskinin artması ilə əlaqələndirilir.

Eyni səbəbdən, uşağı yorğan ilə tamamilə örtmək tövsiyə edilmir. Yorğan yuxarı kənarı çiyin xəttindən yuxarıda yerləşməməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3099
avatar

Fidan İlqar

Oxşar yazılar