Fevralın 11-də axşam saatlarında 33 yaşlı çoxuşaqlı ana onları Yeni Moskvadakı meşəlik əraziyə gətirib, onları soyundurub və orada qoyaraq gedib.
Lent.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, xoşbəxtlikdən ərazidən keçən bir nəfər bu qəddarlığı görüb və polisə zəng edib.
Donma diaqnozu qoyulan uşaqlar xəstəxanaya yerləşdirilib. Onların anası da xəstəxanadadır və yaxın müddətdə psixiatrik ekspertizadan keçiriləcək.
Ölümə cəhdlə bağlı cinayət işi qaldırılıb.