6 yaşlı uşaq anasını ölümdən qurtardı
01 may 2024 12:04 (UTC +04:00)

6 yaşlı uşaq anasını ölümdən qurtardı

Rusiyanın Moskva şəhərində məktəbəqədər uşaq komaya düşən anası üçün təcili yardım çağırmağı bacarıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, anasının özünü pis hiss etdiyini görən balaca oğlan özünü itirməyib. Uşaq təcili yardım çağırıb, həkimlərə ünvanını söyləyib və qapının kilidini aça bilib.

Zəngə gələn həkimlər mənzildə komaya düşən 42 yaşlı qadını xəstə xəstəxanaya aparıblar.

Mənzildə altı yaşlı uşaqdan başqa dörd yaşlı uşaq da olub. Uşaqlar üçün əlavə həkim briqadası çağırılıb.

# 2001
avatar

Oxşar yazılar