Ötən ilin 11 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 116 454 doğulan körpə qeydə alınıb.
Bu barədə Lent.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, əhalinin hər 1000 nəfərinə bu göstərici 12,7 təşkil edib. Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Körpələrdən 3 106-sı əkiz, 117-si üçəm, 4-ü isə dördəm doğulanlardır.