Heydər Babayev
20 sentyabr 2021 16:02 (UTC +04:00)

Heydər Babayev

Londonda meşəsi olan sabiq nazir indi haradadır? - UNUDULAN MƏMURLAR

Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar ki, qibtə belə edirdilər. Amma indi…

İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır.

Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.

Layihəmizdə bu dəfə Azərbaycan Respublikasının sabiq İqtisadi İnkişaf naziri Heydər Babayevdən bəhs edəcəyik.

Babayev Heydər Aydın oğlu 1957-ci ildə Bakıda anadan olub. 1980-cı ildə T.Şevçenko adına Kiyev Dövlət Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib. Əmək fəaliyyətinə Azərbaycan TSP-də xarici sərgilər üzrə müfəttiş vəzifəsi ilə başlayıb. 1981-ci ildən SSRİ Xarici İqtisadi Əlaqələr Bankında valyuta mühafizəsi müfəttişi, idarə rəisinin müavini, 1992-ci ildən “Xarici iqtisadi bank”ın Türkiyədə baş nümayəndəsi, 1997-ci ildən “Mostbank”ın vitse-prezidenti, həmin bankın Böyük Britaniyada baş nümayəndəsi vəzifələrində işləyib. 1999-cu ildən Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb. 2005-ci il 19 oktyabrda İqtisadi İnkişaf Naziri təyin olunub. 2008-ci il 30 oktyabrda Heydər Babayev İqtisadi İnkişaf Nazirliyi vəzifəsindən azad olunub.

Evlidir, 1 övladı var. Sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin hazırda bizneslə məşğul olduğunu bildirilir. Onun Azərbaycanda və xaricdə biznesinin olduğu deyilir.

Bir müddət öncə mətbuatda belə bir məlumat yayıldı. Sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin oğlu Emin Babayev İngiltərənin Uels əyalətində böyük bir meşəlik ərazini alaraq ekoturizm sektorunda da öz biznesini qurub.

Babayevlərin mülkü əyalətin kiçik Llanvrtyd qəsəbəsində Victoria Road yolu üstündəki “Victoria Wells Log Cabin Motel” ucsuz-bucaqsız ormanlıq sahənin şərq qurtaracağında meşə turizmi həvəskarlarının diqqətini çəkən məkanlardandır: Təsisata otel və çoxsaylı kotteclər daxildir.

Kompleks Emin Babayevin 2018-ci il noyabrın 6 da Britaniyada qeydiyyatdan keçirdiyi şirkəti üzərindən idarə olunur.

Emin Babayev poker həvəskarıdır. O, London kazinolarında poker oyunlarının aktiv iştirakçısıdır. Ən yüksək udduğu məbləğ 2018-ci ildə Londonda keçirilən poker oyununda 37 705 dollar olub.

Babayevlərin Avropadakı digər ailə şirkəti 2011-ci ildən Lüksemburqda fəaliyyət göstərir. Şirkətə Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva rəhbərlik edir.

Babayevlər Azərbaycanda “AB Standard” holdinqinin sahibidirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14943
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar