“Mamma Mia!”  filminin çəkildiyi Skopelos adası – Ucuz qiymətə yay tətili
18 avqust 2025 09:23 (UTC +04:00)

“Mamma Mia!” filminin çəkildiyi Skopelos adası – Ucuz qiymətə yay tətili

Skopelos Yunanıstanın ən tanınmış adalarından biridir. Burada 2008-ci ildə ABBA qrupunun məşhur “Mamma Mia!” müziklı Hollivud ulduzlarının iştirakı ilə çəkilib. Ancaq çox az adam bilir ki, Skopelos həm də çox sərfəli istirahət yeri hesab olunur. Adanı tez-tez “Yaşıl ada” adlandırırlar. Sıx şam və zeytun ağacları ilə örtülü mənzərələr, havada şam və adaçayı qoxusu, cicadaların səsi buranı fərqli edir. Küçələrdə ağ evlər, çimərliklərdə piknik edən yerli ailələr, köhnə yük maşınlarında meyvə satan satıcılar və əlverişli otel qiymətləri diqqət çəkir.

Lent.az ada barədə xarici mediaya istinadən məlumat verir.

Otellər və qiymətlər

Məsələn, Skopelos şəhərinin kənarında yerləşən Aegeon oteli sadə, amma rahat otaqlar təklif edir. Bütün otaqlarda körfəz mənzərəli böyük eyvanlar var. Qonaqlar üçün hovuz, kifayət qədər istirahət yerləri və pulsuz limana çatdırılma xidməti mövcuddur. Gecəlik qiymətlər isə cəmi 40 dollardan başlayır.

Ümumiyyətlə, Skopelosda qiymətlər münasibdir. Yüksək mövsümdə Aegeon səviyyəsində otelləri 50 dollar, hovuzlu üçulduzlu otelləri isə 80 dollardan sifariş etmək mümkündür. Turist mövsümü maydan oktyabra qədər davam edir.

Nəqliyyat və istirahət

Adada avtobuslar tez-tez işləyir və ucuzdur . 15 dəqiqəlik səyahət 2,5 dollar, bir saatlıq yol isə 6 dollara başa gəlir. Skuter icarəsi gündə 18 dollardan başlayır.

Çimərliklərin əksəriyyətinə avtobusla çatmaq olar, pulsuz zonalarda şezlonq götürmədən istirahət mümkündür. Milia və Limnonari sakitliyi ilə seçilir, hətta xərcləmədən dincəlmək olar. Ən populyar çimərliklərdə, məsələn Kastanidə isə bir günlük şezlonq 18 dollara başa gəlir.

Ekskursiyalar və tarixi yerlər

Adanın görməli yerlərinə Kastridə Müqəddəs İoann kilsəsi daxildir. Ora çatmaq üçün qayaya oyulmuş 200 pilləni qalxmaq lazımdır. Dənizdən baxmaq istəyənlər üçün Sporades Queen Cruises üç saatlıq tur təşkil edir qiyməti 34 dollar.

Eyni şirkət həmçinin Avropanın ən böyük dəniz qoruqlarından biri olan Şimal Sporadların Milli Dəniz Parkına turlar təşkil edir. Burada nadir Aralıq dənizi monax suitisi yaşayır. Tur həmçinin Alonissos adasını əhatə edir.

İki göyərtəli kater turistləri az qala tərk edilmiş Peristera adasına da aparır. Burada təxminən 30 nəfər yaşayır, su isə çox təmizdir. Bu yeddi saatlıq kruiz 47 dollara başa gəlir. Gəmidə pivə isə cəmi 2,5 dollardır.

Yemək və içki

Skopelos şəhərinin köhnə hissəsində yaxşı yemək yerlərinə International Cafe, Aktaion Taverna və En Plo Cafe daxildir.

Fırınlarda və kafelərdə yunanca qəhvə və xəmir məhsulları cəmi 2,5 dollara satılır.

Kokteyllər 9 dollar, ənənəvi yunan yeməkləri – musakka və suvlaki təxminən 12 dollar, 1 litr keyfiyyətli ev şərabı isə 10 dollara başa gəlir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 282

Oxşar yazılar