Avropada  qeyri-adi qaydası olan   ÇİMƏRLİK
31 mart 2025 18:28 (UTC +04:00)

Avropada qeyri-adi qaydası olan ÇİMƏRLİK

Avropanın ən məşhur çimərliklərindən birində qəribə bir qayda var ki, çimərliyə gedənlərə qumun üstünə dəsmal sərməyə icazə verilmir. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, belə bir qadağa İtaliyanın Sardiniya adasında yerləşən La Peloza çimərliyində tətbiq edilib.

Bildirildiyinə görə, bu, heyrətamiz kristal təmiz suları, almaz kimi ağ qumları və sahildən cəmi bir neçə metr hündürlükdə ucalan 16-cı əsrə aid məşhur qülləsi ilə məşhur olan qitənin ən çox axtarılan çimərliklərindən biridir.

Bildirilir ki, çimərlik dəsmallarına qoyulan qadağa 2018-ci ildə turistlərin külli miqdarda qumu “yadigar” kimi evlərinə apararaq landşaftı korlaması ilə bağlı narahatlıqlar səbəbindən tətbiq edilib.

Bir il əvvəl Sardiniya adası çimərliklərdən mərmi, qum və çınqılların çıxarılmasını cinayət hesab edən qanun qəbul etdi. Belə bir qayda pozuntusu 300 ilə 5000 avro arasında cərimə nəzərdə tutur.

Jurnalistlər qeyd ediblər ki, yerli hakimiyyət orqanları yerli sakinlərin şiddətli müqaviməti nəticəsində dəsmal qadağasından yan keçmək üçün hiylə işlədib. Onlar turistlərə bu tanış çimərlik atributunun altına icarəyə götürülə bilən saman döşəyi yerləşdirməyi təklif ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1066

Oxşar yazılar