"Avropa Maldivləri":  heyrətamiz çimərlikləri olan İtaliya adası
13 noyabr 2024 10:14 (UTC +04:00)

"Avropa Maldivləri": heyrətamiz çimərlikləri olan İtaliya adası

Gözəl çimərliklərdə dincəlmək üçün Maldiv adalarına və ya digər məşhur kurortlara getməyə ehtiyac yoxdur. Aralıq dənizində yerləşən Sardiniya adası sizə heyrətamiz sahil kənarı təklif edir, 

Lent.az-ın məlumatına görə, iki Sardiniya çimərliyi 1000-dən çox turizm mütəxəssisinin tərtib etdiyi 2024-cü ilin “Dünyanın 50 ən yaxşı çimərliyi” reytinqinə daxil edilib.

Sardiniya gözəl çimərlikləri və heyrətamiz mənzərəsinə görə "Avropanın Maldiv adaları" adlanır. Bu şöhrət sayəsində Zümrüd Sahilinə səyahət olduqca baha başa gələ bilər.

Pula qənaət etmək üçün Sardiniyaya mövsümün ən pik dövründən başqa zamanlarda baş çəkə bilərsiniz. May və iyun aylarında havanın temperaturu 20- 28 °C arasında dəyişir, sentyabrda isə 30 °C-ə çata bilər. Buna görə də, mövsümlərarası səyahət daha ucuzdur.

Eyni zamanda, məşhur Kosta Smeraldada “Spiaggia del Principe” və “Liszia Ruia” çimərliklərinə getməyi tövsiyə edir. Daha sakit bir tətil üçün isə “Cala Luna” və “Cala Mariolu” uyğundur.

Alternativ olaraq, turistlər “Gennargentu” Milli Parkında inanılmaz dağlarla əhatə olunmuş tarixi “Tiscali”yə gedə bilərlər. Mütəxəssislər Roma Amfiteatrı da daxil olmaqla öz heyrətamiz tarixi yerləri olan Kalyariyə (adanın paytaxtı) baş çəkməyi də məsləhət görür.

Sardiniyanın başqa bir xüsusiyyəti isə yerli mətbəxin müxtəlifliyidir. Adada dolma makaron kulurgionlar, “gnocchi malloreddus” və “pecorino” pendirini dadmaq olar.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1905
avatar

Ləman Sərraf

Oxşar yazılar