Yeni sosial şəbəkə gəlir – DƏQİQ TARİX
07 yanvar 2022 05:13 (UTC +04:00)

Yeni sosial şəbəkə gəlir – DƏQİQ TARİX

ABŞ-ın keçmiş prezidenti Donald Trampın təşəbbüskarı olduğu sosial şəbəkə fevralın 21-də fəaliyyətə başlayacaq.

Lent.az-ın xəbərinə görə, “Trump Media Group”un layihələndirdiyi sosial şəbəkəyə hələ ad seçilməyib. Lakin onun “Facebook”, “Twitter”, “YouTube”a alternativ olacağı iddia edilir. 

Qeyd edək ki, Donald Tramp ötən ilin yanvarında “Twitter”də bloklandıqdan sonra öz sosial şəbəkəsini yaratmağa qərar verib. Yeni platformanın müəllifləri burada heç bir mövzuya qadağa qoyulmayacağını bildirirlər. 

# 2835
avatar

Oxşar yazılar