“Xiaomi”  yeni ucuz smart eynəkləri  təqdim edildi – FOTO
10 iyun 2023 18:17 (UTC +04:00)

“Xiaomi” yeni ucuz smart eynəkləri təqdim edildi – FOTO

“Xiaomi” yeni ucuz smart eynəklərini təqdim edib. 

Lent.az xəbər verir ki, onlar zəng etmək və ya musiqi dinləmək üçün “Bluetooth” vasitəsilə smartfona qoşula bilir.

Şirkət “Mijia Smart Audio Glasses” smart audio eynəklərinin satışına başladığını rəsmi olaraq bu gün elan edib. 

Məlumata görə, onlar adi eynəklərdən fərqlənmirlər. Amma səsi birbaşa sahibinə yönəldən hissələrinə dinamiklər quraşdırılıb.

Yeniliyin qiyməti 799 yuan (təxminən 190 manat) təşkil edir. Satışlar başlayandan dərhal sonra onlar rəsmi “Xiaomi Mall”da satılıb. 

Ağıllı eynəklərin korpusu “IP54” standartına uyğun olaraq su və tozdan qorunur. Həmçinin, eynək şəffaf və ya günəşdən də qoruna bilir. Onlarda iki cihazla eyni vaxtda cütləşmə və zənglər zamanı səs-küyün azaldılması funksiyası var. Tam şarj yeddi saat danışıq və ya 10 saat musiqi üçün kifayətdir.

Hər iki tərəfdə 30 mm uzunluğunda toxunma sahələri var ki, bu da cihazı hər iki əllə idarə etməyə imkan verir. Bundan əlavə, “Mijia” smart audio eynəkləri çoxlu səs köməkçilərini dəstəkləyir. Aksessuar müxtəlif çərçivələrə malik beş versiyada mövcuddur.

Yenilik hazırda yalnız Çin bazarında satışdadır. Amma tezliklə “AliExpress” kimi ticarət platformalarında da istifadəçilər üçün əlçatan olacaq.


 

# 3993
avatar

Sevinc Fərid

Oxşar yazılar