“X” sosial şəbəkəsindəki  yazılar ödənişli   olacaq
23 aprel 2024 18:57 (UTC +04:00)

“X” sosial şəbəkəsindəki yazılar ödənişli olacaq

“X”(köhnə twiter) sosial şəbəkəsinin sahibi İlon Mask bütün yeni istifadəçilərdən yazı dərc etmək imkanına görə ödəniş tələb etmək niyyətindədir. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bəyənmələr və digər “tweet”lərə verilən cavablar da ödənişli olacaq.

İlon Mask bunun botların amansız hücumunu dayandırmağın yeganə yolu olduğuna inanır. 

İlon daha sonra ödənişin yalnız yeni istifadəçilərə şamil ediləcəyini və müvəqqəti olacağını bildirib. Yeni istifadəçilər üç aydan sonra onlar pulsuz “tweet” ata biləcəklər. 

Mask yeni istifadəçilərin yazılarına, bəyənmələrinə və şərhlərinə görə dəqiq nə qədər pul ödəməli olacağı barədə məlumat verməyib. 


 

# 2346
avatar

Sevinc Fərid

Oxşar yazılar