“Windows” əməliyyat sistemində  virus aşkarlandı
09 iyun 2022 14:29 (UTC +04:00)

“Windows” əməliyyat sistemində virus aşkarlandı

Məşhur “Windows” əməliyyat sistemində təhlükəli virus gizlədildiyi ortaya çıxıb. 

Lent.az xəbər verir ki, bu barədə “BleepingComputer” məlumat yayıb.

Məlumata görə, virusu kibercinayətkarlar “CCleaner”in saxta versiyasında gizlədib. 

Mütəxəssislərin fikrincə, naməlum şəxslər “CCleaner”a bir neçə təhlükəli virus yerləşdirərək modifikasiya ediblər. Beləliklə, proqram vasitəsilə istifadəçilərin şəxsi məlumatları oğurlanıb. 

Hakerlər parolları və digər məlumatları oğrulamaq üçün istifadəçinin kompüterinin brauzer keşini və operativ yaddaşını skan etməklə əldə edib. Daha sonra saxta proqram oğurlanmış məlumatları saxlayıb və serverə köçürüb.

Qeyd edək ki, “CCleaner” istənməyən faylları və etibarsız “Windows” qeyd dəftəri girişlərini bir kompüterdən təmizləmək üçün istifadə olunan yardım proqramıdır. 
 

# 2955
avatar

Sevinc Fərid

Oxşar yazılar