“Whatsapp”dan YENİLİK: Onlayn olduğunuzu   gizlədə biləcəksiniz
24 oktyabr 2022 10:10 (UTC +04:00)

“Whatsapp”dan YENİLİK: Onlayn olduğunuzu gizlədə biləcəksiniz

“Whatsapp” hamının gözlədiyi yeni funksiyasını təqdim edib. 

Lent.az “Wabetainfo” saytına istinadən xəbər verir ki, artıq istifadəçilər real vaxt ərzində onlayn olduğunu gizləyə biləcək. 

Belə ki, bu yenilik vasitəsilə siz son görülmə saatını kimlərin görə biləcəklərini seçə biləcəksiniz.

Bunun üçün “Tənzimləmələr”dən “Hesab” bölməsinə daxil olun. Daha sonra “Gizlilik” hissəsinə girərək “Son görülmə ilə eynidir” (Same as last seen) düyməsini seçin. 

Sözügedən funksiya tətbiqin təkcə beta versiyası deyil, həmçinin digər versiyalar üçün də aktivdir. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9969
avatar

Sevinc Fərid

Oxşar yazılar