“WhatsApp”dan YENİLİK    istifadəçilərin mühafizəsi sistemi olacaq
01 sentyabr 2023 14:10 (UTC +04:00)

“WhatsApp”dan YENİLİK istifadəçilərin mühafizəsi sistemi olacaq

WhatsApp tərtibatçıları messencerdə e-poçt ünvanından istifadə edərək identifikasiyası imkanını təqdim edirlər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə WABetaInfo portalı məlumat yayıb. 

Elektron poçtla daxil olma funksiyası hələ inkişaf mərhələsindədir, lakin 2.23.18.19  Android üçün WhatsApp-ın bəzi beta testçiləri üçün əlçatandır. E-poçt WhatsApp hesabınıza daxil olmaq üçün alternativ yol kimi istifadə olunacaq. Qeyd olunur ki, ünvan kontaktlar və həmsöhbətlər üçün görünməyəcək. Eyni zamanda, yeni istifadəçilər hələ də telefon nömrəsi ilə messencerdə qeydiyyatdan keçməli olacaqlar. Dəyişiklik hesablarına daxil olmaqda çətinlik çəkən və SMS vasitəsilə 6 rəqəmli kod almadığı üçün WhatsApp-a daxil ola bilməməkdən şikayət edən istifadəçilər üçün faydalı olacaq. 
İstifadəçilər bu identifikasiya metodundan istifadə etməyə məcbur edilməyəcək - istəsəniz, SMS vasitəsilə hesabınıza daxil olmağa davam edə bilərsiniz.

WhatsApp hesabının mühafizəsi üçün yeni metodun tətbiqi üçün heç bir qrafik elan edilməyib.
 

# 9735
avatar

Xədicə SƏXAVƏT

Oxşar yazılar