"WhatsApp"dan daha bir YENİLİK
07 dekabr 2022 19:54 (UTC +04:00)

"WhatsApp"dan daha bir YENİLİK

"WhatsApp" yeni funksiyasını təqdim edib. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bu yaxınlarda icmalar adı altında yeni bir seçim gətirən “WhatsApp” platforması 5000 nəfərlik elan qruplarına icazə verəcək. 

Bu qruplarda qarşılıqlı əlaqə olmayacaq, istifadəçilər yalnız qoşulduqları qrupların elanlarını oxuya biləcəklər.

Bundan əlavə, nömrələri saxlamağı sevməyən "WhatsApp" istifadəçiləri adına baxmadan kimin hansı mesajı göndərdiyini asanlıqla anlayacaqlar.

Bu yeniləmə ilə gələn xüsusiyyətlər tədricən həm "WhatsApp" mobil proqramında, həm də masaüstü versiyada istifadəyə veriləcək.

# 3576
avatar

Arzu Qurbanlı

Oxşar yazılar