“Whatsapp”a yeni funksiya   gəldi: Mesajlar 24 saata... - VİDEO
14 iyun 2022 10:47 (UTC +04:00)

“Whatsapp”a yeni funksiya gəldi: Mesajlar 24 saata... - VİDEO

Daha əvvəl “WhatsApp” messencerində mesajın öz-özünə silinməsi ilə bağlı taymerlərin əlavə olunacağını xəbər vermişdik. 

Lent.az-ın məlumatına görə, artıq tətbiq bu yeni funksiyasını istifadəçilərə təqdim edib. 

Bunun köməyi ilə istənilən mesaj seçilmiş müddətdən sonra avtomatik silinəcək. 

Əvvəllər mesajların avtomatik silinməsi göndərildikdən 7 gün sonra mümkün idisə, indi tətbiqə daha iki yeni müddət əlavə olunub: 24 saat və 90 gün. 

Qeyd edək ki, qarşı tərəfin xəbəri olmadan bu yenilikdən istifadə etmək mümkün olmayacaq. Funksiyadan istifadə edildiyi vaxt mesajların silinəcəyi barədə xəbərdarlıq mesajı da gedəcək. 
 

# 6654
avatar

Sevinc Fərid

Oxşar yazılar