Telefonun enerjisinə necə qənaət etmək olar? – 3 SADƏ ÜSUL
15 iyun 2023 17:00 (UTC +04:00)

Telefonun enerjisinə necə qənaət etmək olar? – 3 SADƏ ÜSUL

Mobil cihazın batareya səviyyəsinin sürətlə aşağı düşməsi olduqca yayğın bir hadisədir. Cihazın enerjisinin erkən boşalması bir çox istifadəçiyə narahatlıqlar verir.

Lent.az xəbər verir ki, bu səbəbdən smartfon sahibləri batareyanın enerjisinə qənaət etmək arzusunda olurlar. Bəs, bu zaman nə etmək lazımdır?

Ən asan yol mobil telefonu müvəqqəti olaraq söndürməkdir. Ancaq batareyaya qənaət etməyin başqa üsulları da var. Bunlardan biri ekranın qurulmasıdır. Əvvəlcə ekrana diqqət etməlisiniz. Əgər ekranın parlaqlığı yüksəkdirsə, onu mütləq azaltmaq lazımdır.

Parlaqlıq o qədər endirilməlidir ki, batareya səviyyəsinin düşməsi o qədər də sürətli olmasın. Amma eyni zamanda mobil telefondan istifadə etməkdə çətinliklər yaranmasın.

Bundan əlavə, ekranın çox parlaq rənglərə sahib olub olmadığına da fikir verin. Belə ki, bu cür çalarların bolluğu smartfonun sürətlə boşaldılmasının ümumi səbəblərindən biridir. Adi şəkillər nə qədər tünd çalarlı olarsa, bir o qədər yaxşıdır.

Enerjiyə qənaət etmək üçün başqa bir üsul da titrəməni söndürməkdir. Çünki titrəmə rejimi də batareyanın enerjisini xeyli aşağı salır.

Yalnız səs siqnallarını müvəqqəti olaraq söndürməyi planlaşdırdığınız zaman titrməni yandırmaq olar.

Bəzi proqramların silinməsi də telefonun şarjına qənaət edən amillərdən biridir. Hətta arxa fonda işləyən proqramlar var ki, bununla da batareyanı istehlak etməyə davam edir.

Onların arasında çox nadir hallarda istifadə olunan proqramların olub olmadığını dəqiqləşdirin.

# 7953
avatar

Sevinc Fərid

Oxşar yazılar