Telefonlarda istifadə edilmədikcə “Wi-Fi”ı söndürün
12 iyun 2023 16:54 (UTC +04:00)

Telefonlarda istifadə edilmədikcə “Wi-Fi”ı söndürün

Bir çox istifadəçi internetdən istifadə etmədikdə belə mobil cihazında “Wi-Fi” şəbəkələrinin axtarışını söndürmür. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bu funksiya yalnız internetdən istifadə etdikdə və ya messencerdə kimsədən mesaj gözlədikdə aktivləşdirilməlidir.

İnternetdə "sörfinq" başa çatan kimi “Wi-Fi” şəbəkələri üçün axtarışı söndürmək məsləhətdir.

Bəs, bunu niyə etmək lazımdır? 

Daim “Wi-Fi” axtarışı mobil cihazın yükünü ciddi şəkildə artırır.

Cihazın akkumulyatoruna mənfi təsir göstərir. Bu zaman mobil telefon daha tez boşalır, batareyanın özü isə tədricən öz gücünü itirir.

Bundan əlavə, mobil telefonun avtomatik olaraq müdaxilə edənlərə məxsus “Wi-Fi” şəbəkəsinə qoşulması mümkündür.

Belə hallarda həminin şəxsi məlumatların kibercinayətkarlar tərəfindən oğurlana da bilər. Buna görə də, internetə ehtiyac olmadığı anlarda “Wi-Fi” şəbəkələri üçün axtarışı söndürmək üçün tənbəllik etməyin.
 

# 14445
avatar

Sevinc Fərid

Oxşar yazılar