“Android ” smartfonları oğurluqla mübarizə üçün faydalı funksiya təqdim edib.
Lent.az xəbər verir ki, yeni funksiyalardan ən diqqət çəkəni “oğurluğun aşkarlanması” kilididir. Süni intellekt alqoritmi qeyri-adi qəfil hərəkətləri aşkar edərsə (məsələn, smartfon qəfildən əlinizdən qoparıldığında), cihazın ekranı avtomatik olaraq parolla kilidlənəcək.
Smartfonunuzun oğurlandığı bir vəziyyətdə, “Uzaqdan Kilid” funksiyasından istifadə edərək yalnız telefon nömrənizdən istifadə edərək onu uzaqdan blok edə bilərsiniz. Üçüncü funksiya, “Offline Device Lock”, uzun müddət oflayn olarsa, smartfon ekranını avtomatik olaraq kilidləyəcək
Siz "Parametrlər" → Google → "Bütün xidmətlər" → "Oğurluqdan qorunma" bölməsində yeni funksiyaları aktivləşdirə bilərsiniz. Yeniliklər tədricən Android 10 və daha sonra işləyən qadcet istifadəçilərində görünəcək. “Google Pixel 7” və “Xiaomi 14” istifadəçiləri yazır ki, onların smartfonlarında artıq yeni funksiyalar mövcuddur.